Anam doğum, bacım təşənək olub.

One’s name is mine, but taste is yours. Корова родит, а у быка хвост болит.
analar necə oğullar doğub!, gör analar necə oğullar doğub!
anan ölsün!
OBASTAN VİKİ
Doğum
Doğum — hamiləliyin başa çatması və döl, cift, döl qişalarının ana orqanizmindən ayrılaraq, təbii doğum yollarından keçməsi ilə müşayiət olunan mürəkkəb fizioloji proses. Doğum populyasiyada vahid zaman ərzində orqanizmin yeni fərdlərinin həyata gəlməsi hadisəsi, yəni doğum əmələ gəlir. Yeni fərdlərin əmələ gəlməsi yumurtadan çıxma, toxumla cücərmə və bölünmə yolu ilə ola bilər. Zaman vahidi ərzində doğulanların sayı sabit kəmiyyət olmayıb populyasiyanın fərdlərinin ölçü və yaşından, həm də mühit şəraitindən asılı olaraq dəyişir. Doğum çox olduqda ərazi vahidinə düşən fərdlərin sayı artaraq sıxlığı yüksəlir. Bu zaman ərazi, dişilər və yem üstündə fərdlərarası rəqabət güclənir. Nəticədə fərdlər arasında ölüm halları artır.
Doğum evi
Doğum evi — hamilə qadınların körpələrini dünyaya gətirdikləri yer. Tarixdə ilk doğum evləri Qədim Romada mövcud olmuşdur.
Doğum günləri
Doğum günü və ya Ad günü — insanın anadan olduğu tarix. Bir çox mədəniyyətərdə insanlar doğum günlərini təmtəraqlı qeyd edirlər. İnsanların ad günləri bir çox mədəniyyətlərdə, çox vaxt ad günü hədiyyələri, ad günü kartları, ad günü partiyası və ya keçid mərasimi ilə qeyd olunur. Həmçinin bir çox dinlər öz qurucularının və ya din xadimlərinin doğumunu xüsusi bayramlarla qeyd edirlər (məsələn, Milad, Mövlud, Buddanın Ad günü, Krişna Canmaştəmi və Qurpurb). Ad günü tortu hazırlamaq və üzərinə şam qoyub arzu edib üfürmək adəti əslində Qədim Yunanıstana gedib çıxır. O dövrdə üzərində şam olan yuvarlaq tortların parlaq ayı simvolizə etdiyinə dair ümumi bir inanc var idi. Belə inanılırdı ki, bir arzu etmək və tortun üzərindəki şamları üfürmək duaları tüstü vasitəsilə tanrılara çatdıracaq. Bir çox Latın Amerikası ölkələrində, xüsusən də Meksikada ad günü şənliklərində Pinyata (piñata) ənənəsi keçirilir. Bu pinyatalar adətən bəzəkli heyvan şəklində olur və karton və yaxud papyer-maşedən hazırlanır, içərisi isə konfet və şirniyyatlarla doldurulur. Pinyatalar əvvəlcə asılır və iştirakçılar, əsasən də uşaqlar onu növbə ilə, açılana qədər gözləri bağlı halda çubuqla vururlar.
Doğum günü

Doğum adı
Ad — Canlı və cansız varlıqları, duyğu və düşüncələri, müxtəlif vəziyyətləri bildirən sözlər. Adlar ümumi və xüsusi ad olmaq üzrə ikiyə ayrılar. Xüsusi ad: Dünyada tək bir varlığı ifadə edən adlara deyilir. Ümumi adlar ayrılar: Maddə adları: Əllə tutulub gözlə görülən varlıqlara verilən adlara deyilir. Məsələn: masa, paltar, daş, düzənlik, prospekt, küçə…. Məna adları: Əllə tutulmayan və gözlə görülə bilməyən varlıqlara verilən adlara deyilir. Məsələn: səs, yuxu, sevinc, acı/ağrılı, yuxu, ağıl, xasiyyət, xoşbəxtlik, həsrət, sevgi və s. Birlik adları: Eyni növdən olan varlıqların toxlu olaraq ol/tapıldıqları vəziyyətlərə verilən adlara deyilir. Məsələn: məktəb, sinif, lağ/alay, batalyon, sürü, meşə, xalq, millət, ailə, xor… == Adlarda təklik və çoxluq == Bir tək varlığı ifadə edən tək ad, eyni cinsdən bir çox varlığı ifadə edən adlara isə çoxluq ad deyilir. == Şəxs adları == Bizdən sonra dünyada qalan həyatdakı əməllərimizin güzgüsü adımızdır və heç nəyə görə yox, məhz adımıza görə də bizi yad edəcəklər.
Anam (teleserial, 2018)
Anam (fars. آنام‎, az.-əski. آنام‎) — 2018-ci ildə Şəbəkə 3 kanalında yayımlanmağa başlayan İran istehsalı dram serialı. Serial İranın Şərqi Azərbaycan əyalətinin Kəleybər şəhərində, Nüvədi kəndində və Tehranda çəkilib. == Məzmun == Macəralı və çətin bir həyat yaşayan, iradəsinə arxalanaraq özünə və ailəsinə sülh və rahatlıq gətirməyi bacaran Maral adlı orta yaşlı qadının həyat hekayəsidir. Lakin onun sirrinin üstünün açılması onu bu rahatlıqdan məhrum edir və həyatını yenidən çox çətinləşdirir. Başa düşür ki, onu sevən hər kəs ona dəfələrlə xəyanət edib. Ona görə də ondan haqsız yerə alınan hər şey üçün mübarizə aparmağa qərar verir.
Anam Azərbaycan (albom)
Anam Azərbaycan – Azərbaycan müğənnisi Tünzalə Ağayevanın beşinci studiya albomu.
Anam ağaca çıxıb
Anam ağaca çıxıb — Azərbaycan qısametrajlı cizgi filmi rejissor Firəngiz Qurbanova tərəfindən 1986-cı ildə çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Animasiya filmində göstərilir ki, ana balaca qızına sıyıq yedirtmək üçün ona sehrli nağıllar danışmalı olur. == Məzmun == Animasiya filmində göstərilir ki, ana balaca qızına sıyıq yedirtmək üçün ona sehrli nağıllar danışmalı olur. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: D. Seyidova Rejissor: Firəngiz Qurbanova Operator: Antonina Korotnitskaya Rəssam: Firəngiz Qurbanova, Elman Mirzəyev Bəstəkar: Cahangir Qarayev == Nümayiş == 2022-ci ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə, kuratorunun “ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalının direktoru Rəşid Ağamalıyevin olduğu “Azərbaycan animasiyasının 50 illiyi” adlı proqrama daxil edilmiş digər keçmiş və müasir milli animasiya filmlərilə Özbəkistanın paytaxtı Daşkənddə keçirilən I Daşkənd Beynəlxalq Animasiya Forumunda (Tashkent International Animation Forum) göstərilib. == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər.
Motsartın doğum yeri
Motsartın doğum yeri (Almanː Mozarts Geburtshaus və ya Hagenauerhaus) - Volfqanq Amadey Motsartın doğulduğu yer, Avstriyanın Zalsburq şəhərindəki 9 nömrəli Getreidegasse. Motsart ailəsi 1747-dən 1773-cü ilə qədər burada üçüncü mərtəbədə yaşayırdı. Motsartın özü 1756-cı il yanvarın 27-də burada anadan olmuşdur. Zalsburq Kral Palatasının musiqiçisi olan Leopold Motsartın yeddinci övladı idi. İndi Motsartın doğulduğu yer, bir muzey kimi turistləri bəstəkarın erkən həyatını, ilk musiqi alətləri, dostları və operaya olan həvəsləri ilə tanış edir. Üçüncü mərtəbədə Motsartın uşaqlıq skripkası, eyni zamanda portretləri, sənədləri və musiqisinin ilk nəşrləri nümayiş etdirilir, ikinci mərtəbə Motsartın operaya marağına həsr olunmuş və "Sehrli Fleyta"nı bəstələdiyi klavixordu özündə cəmləşdirmişdir. Quruluş Motsart Fonduna məxsusdur. Ev, 12-ci əsrdə, Zalsburqun, Müqəddəs Pyotr Benediktin rahiblərinə aid olan bağın bir hissəsində qurulmuşdur. Tacir Otto Koytzel, 1408-ci ildə bu əmlakın sahibi olaraq xatırlanır, amma 1585-ci ildə məhkəmə apoteksiyası olan Çunrad Fröşmozer bu əmlakı satın alır. 1703-cü ildə ev, 1670 ətrafında Zalsburqa gələn Hagenauer ailəsinin mülkiyyətinə keçdi.
Doğum günü (dəqiqləşdirmə)
Doğum günü və ya Ad günü bu mənalara gələ bilər: Doğum günü və ya ad günü — İnsanın anadan olduğu tarix. Doğum günü tortu və ya ad günü tortu — Doğum günü şənlikləri üçün hazırlanan tort.
Qardaş olub Hayastan–Azərbaycan
"Dostluq" (azərb-kiril. Достлуг; rus. Дружба), həmçinin "Qardaş olub Hayastan–Azərbaycan" (azərb-kiril. Гардаш олуб Һајастан–Азәрбајҹан) və ya "Kür, Araz, Ararat" (azərb-kiril. Күр, Араз, Арарат) olaraq tanınır — SSRİ hakimiyyəti dövründə Azərbaycan–Ermənistan dostluq münasibətləri haqqında Azərbaycan dilində yazılmış mahnı. Sözləri Zeynal Cabbarzadə, musiqisi Andrey Babayevindir. == Tarixi == "Dostluq" mahnısının sözləri Zeynal Cabbarzadə tərəfindən yazılmış, musiqisi erməniəsilli Azərbaycan bəstəkarı Andrey Babayev tərəfindən bəstələnmişdir. Mahnı ilk dəfə 1956-cı ildə konduktor Səid Rüstəm və Azərbaycan Radiosu Xalq Çalğı-Alət Orkestrinin müşayiətilə Şövkət Ələkbərova tərəfindən ifa edilmişdir. "Dostluq" mahnısı Sovet Azərbaycanında populyar bir mahnı olmuşdur. 1987-ci ilin aprelində Ermənistan SSR-nin əmək qabaqcılları və musiqiçiləri Azərbaycanda sovet hakimiyyətinin 67-ci ildönümünü qeyd etmək üçün Bakıya gəlmiş, Azərbaycan Dövlət Filarmoniyasında konsert təşkil edilmişdir.
Anam Kür (film, 1993)
Anam Kür qısametrajlı sənədli filmi rejissor Şərif Şərifov tərəfindən 1993-cü ildə çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film Azərbaycanın ən nəhəng təbii sərvətlərindən bir olan ana Kürün bu günündən, illər boyu onun başına gətirilən bəlalardan, çayla bağlı problemlərdən və ümidli gələcəyindən danışır. == Məzmun == Film Azərbaycanın ən nəhəng təbii sərvətlərindən bir olan ana Kürün bu günündən, illər boyu onun başına gətirilən bəlalardan, çayla bağlı problemlərdən və ümidli gələcəyindən danışır. == Festivallar və mükafatlar == 1996-cı ildə ssenari müəllifi Svetlana İsmayılova, Ərzuman Məmmədov, rejissor və operator Şərif Şərifov, məsləhətçi Fyodor Tırin 1994-1995-ci illər ərzində Azərbaycan Respublikasının ekologiya sahəsindəki aktual məsələlərinin, problemlərinin kütləvi informasiya vasitələri ilə işıqlandırılmasına və fəal təbliğinə görə Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin akademik Həsən Əliyev adına Mükafatına layiq görülmüşlər. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: Svetlana İsmayılova, Ərzuman Məmmədov Rejissor: Şərif Şərifov Operator: Şərif Şərifov == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
Mənim anam bir mələk
Anam ağaca çıxıb (film, 1986)
Anam ağaca çıxıb — Azərbaycan qısametrajlı cizgi filmi rejissor Firəngiz Qurbanova tərəfindən 1986-cı ildə çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Animasiya filmində göstərilir ki, ana balaca qızına sıyıq yedirtmək üçün ona sehrli nağıllar danışmalı olur. == Məzmun == Animasiya filmində göstərilir ki, ana balaca qızına sıyıq yedirtmək üçün ona sehrli nağıllar danışmalı olur. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: D. Seyidova Rejissor: Firəngiz Qurbanova Operator: Antonina Korotnitskaya Rəssam: Firəngiz Qurbanova, Elman Mirzəyev Bəstəkar: Cahangir Qarayev == Nümayiş == 2022-ci ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə, kuratorunun “ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalının direktoru Rəşid Ağamalıyevin olduğu “Azərbaycan animasiyasının 50 illiyi” adlı proqrama daxil edilmiş digər keçmiş və müasir milli animasiya filmlərilə Özbəkistanın paytaxtı Daşkənddə keçirilən I Daşkənd Beynəlxalq Animasiya Forumunda (Tashkent International Animation Forum) göstərilib. == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər.
Sehrli Anam (internet serialı, 2021)
Sehrli Anam — 2003–2012-ci illər arasında Türkiyə televiziyasında yayımlanan eyni adlı serialın yeni istehsalıdır. Bir veb serialı olaraq, 2021-ci ildə Exxen adlı rəqəmsal platformada yer alır. Yeni serialın ilk heyəti tamamilə dəyişdirildi və 30 seriyanın 3 mövsüm yayımlanması sifariş edildi. Açelya Topaloğlu — Betüş Əmrə Altuğ — Sadiq Nərgiz Qumbasar — Pərihan Lalə Başar — Dudu Hande Katipoğlu — Suzan Bülənt Seyran — Avni Tara MakMillen — Eda Oqedey Girişkən — Yavuz Əyləm Yıldız — Firuzə Çiçək Acar — Periliçe Egemən Uysal — Cem Cəmrə Dəmircan — Cərən Eylül Uqan — Çilək Nisa Sofiya Aksonqur — Tuğçə Aras Özdoyran — Yankı Nisa Bölükbaşı — Avokado Pərisi Venera Kemal Başar — (Köpək Taci Səsləndirmə) Serialın yenidən çəkiləcəyi elan edildikdən sonra İnci Türkay, Gizəm Güvən, Şahap Sayılqan, Cess Molho, Miçel Çedolini, Zeynəb Özqaya və Cennifer Boyner, ortaq bir açıqlama ilə "onlarla əlaqə yaradıldığı və fikirlərinin alındığı" xəbərini təkzib etdilər; "Sədaqət və etikanın itdiyini" tənqid etdilər.
Katibə Kimə nə olub? (teleserial, 2018)
What's Wrong with Secretary Kim(kor. 김비서가 왜고가) — 2018-ci ildə yayımlanmış Pak So Cun və Pak Min-yonun baş rollarda oynadığı Cənubi Koreya televiziya serialıdır. O, Cung Kyon-yunun ilk dəfə 2013-cü ildə nəşr olunmuş, daha sonra 2015-ci ildə KakaoPage tərəfindən Webtoon komiksinə seriallaşdırılan eyni adlı romanına əsaslanır. Serial 2018-ci il iyunun 6-dan iyulun 26-dək tvN-də çərşənbə və cümə axşamı günləri 16 seriya ilə yayımlanıb. == Süjet == Li Yon-cun (Pak So Cun) böyük bir korporasiyanın sədr müavinidir. Bir gün onun yüksək bacarıqlı katibi Kim Mi-so (Pak Min-yon) doqquz il Li Yon-cuna işlədikdən sonra tutduğu vəzifədən istefa verəcəyini bildirdikdə onun dünyası sarsılır. Li Yon-cun daha sonra Mi-sonun yanında qaldığından əmin olmaq üçün şirkətində idarə heyətinin direktoru olan ən yaxşı dostu ilə danışdıqdan sonra əlindən gələni etmək qərarına gəldi. Li Yon-cun bir çox şeyi planlaşdırır, Kim Mi-so isə gənc uşaq olarkən yaşadığı keçmiş travmatik təcrübədə ona kömək edən adamı tapmaq qərarına gəlir.
Mənim anam bir mələk (teleserial, 2008)
Mənim anam bir mələk — 2008-2010-cu illər arasında 3 sezon yayımlanmış türk komediya teleserialı. 2008-ci ilin yazında başrol aktyorlarından olan Əli Sunalın əskərə getməsiylə teleserialın birinci mövsümü başa çatdı. 2008-2009 yayım dönəmində teleserialın ikinci mövsümü ATV-də yayımlandı. Teleserialda ailənin anası Nəriman (Oya Başar), pessioner avtobus sürücüsü ata Cahid (Tarik Ünlüoğlu), ata işini davam etdirən və hələ də ailəsiylə birlikdə yaşayan oğul Mətin (Şahsuvar Ağdaş), Mətinin arvadı Nalan (Ayçin İnci), qarşı evdə yaşayan kiçik oğul Çətin (Əli Sunal) və Çətinin arvadı Ecenin (Dolunay Soysert) çox əyləncəli həyatlarından bəhs olunur.